İqtisadiyyat

Turizm şirkətləriylə pul savaşını belə həll edəcəklər

1 Aprel 2015 14:16
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda turizm sahəsində sığorta məsələsinin tətbiqi, eyni zamanda turizm şirkətlərinin müştərilərinin sığortalanması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün AİTF-2015 sərgisinin açılış mərasiminə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən hazırlanan "Turizm haqqında" yeni qanun layihəsi hazırlanaraq rəy və təkliflərin alınması məqsədilə artıq Nazirlər Kabinetinə təqdim edilib.

Həmin qanun layihəsində turizm sahəsində sığortalanma məsələsinin tətbiqi də nəzərdə tutulub. Qanun layihəsində turizm şirkətlərinin müştərilərinin sığortalanması məsələsi də yer alıb: "Ümumiyyətlə, turizm sahəsi - həm turizm şirkətləri, həm də otellər sığortalanmalıdır. Rusiyada, Türkiyədə nə qədər turizm şirkəti müflis olurlar, sonra isə onlar müştərilərlə maliyyə hesablaşmalarında böyük çətinliklərlə rastlaşırlar. Ancaq sığorta vasitəsilə müştərilərin ehtiyacalarını ödəmək olar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.