İqtisadiyyat

Aİ Azərbaycanla müştərək hava məkanı barədə danışıqlara hazırdır

1 Aprel 2015 13:40
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa İttifaqı (Aİ) Azərbaycanla müştərək hava məkanı ilə bağlı danışıqlara başlamağa hazırdır.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı mətbuat konfransında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

M.Mardın sözlərinə görə, Azərbaycanla Aİ arasında müştərək hava məkanının yaradılması məsələsinə Aİ-nin may ayında Riqada keçiriləcək sammitində də toxunulacaq.

Diplomat qeyd edib ki, ötən il ərzində bu məsələ tərəflər arasında müzakirə olunmayıb.

"Azərbaycan tərəfinin razılığı olarsa, biz bu il danışıqlara başlamağa hazırıq", - deyə Aİ-nin Bakı ofisinin rəhbəri əlavə edib.

Qeyd edək ki, müştərək hava məkanının yaradılması Avropa Komissiyasının təşəbbüsüdür və bu təşəbbüs Avropa ölkələrinin çoxu üçün hava məkanının bölünməsi və idarəsi vahid sistemdə olacaq. Azərbaycanın Aİ ilə əməkdaşlıq münasibətləri "Şərq Tərəfdaşlığı" layihəsi çərçivəsində gerçəkləşir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.