İqtisadiyyat

Sabah qazsız qalacaq rayonlar - SİYAHI

30 Mart 2015 18:50
2 Şərh     Baxış: 5 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, martın 31-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Zirə-3'', Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Rəncbər", "Qobustan" və "Talıstan", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Lək", "Zərdab", "Zaqatala", "Balakən", "Əliabad", "Katex" və "Makov", Astara Magistral qaz kəmərləri sahəsinin "Alvadı", "Cəlilabad", "Göytəpə", "Günəşli", "Ovçubərə", "Biləsuvar", "Şorsulu" və "Bəydilli", Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Yaşma", "Giləzi", "Alabaşlı" və "Qarayeri" Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahi, Pirsaat, Qubalı, Şıxlar, Qaradağ rayonunun Qobustan, İsmayıllı rayonunun Talıstan, Xızı rayonunun Şurabad, Giləzi, Yeni Yaşma və Sitalçay, Siyəzən rayonunun Qara Siyəzən, Zarat, Candamarı və Beşdam kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zərdab, Zaqatala, Balakən, Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarının, o cümlədən, Bakı şəhəri Xəzər rayonunun Zirə kəndinin, həmçinin İsmayıllı şəhərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.