İqtisadiyyat

"Azərbaycan Dəmir Yolları"nın sifariş etdiyi vaqonların ilk hissəsi göndərildi

30 Mart 2015 15:38
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki həftədən sonra bu vaqonlar Azərbaycan ərazisində olacaq

"Azərbaycan Dəmir Yolları" QSC-nin mart ayında Rusiyanın "Uralvaqonzavod" ASC ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycana veriləcək yük vaqonların ilk hissəsi göndərilib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müqavilə imzalanan andan "Uralvaqonzavod"un mütəxəssisləri tərəfindən ilk olaraq 600 ədəd vaqon və 300 ədəd sistern üçün nömrələr alınıb.

Artıq 12-132 modelli yarımvaqonlar və 14-150-04 modelli sisternlərin ilk hissəsi istehsal edilib. Məlumata görə, iki həftədən sonra bu vaqonlar Azərbaycan ərazisində olacaq. Yaxın zamanlarda 7 adda yeni məhsul olan mühərrik tərkibinin modelləri üçün nömrələr veriləcək.

"Uralvaqonzavod" elmi-istehsalat korporasiyasının baş direktoru Oleq Siyenko vurğulayıb ki, bundan sonra sifariş tam yerinə yetiriləcək. O bildirib ki, "Uralvaqonzavod" Azərbaycan dəmir yolları üçün vaqon parkının genişlənməsi üçün proqram təqdim etməyə tam hazırdır.

"Uralvaqonzavod"un baş direktoru şəxsən azərbaycanlı tərəfdaşlar üçün vaqon yığımı həyata keçirilən müəssisədə baxış keçirib. Qonaqlara vaqonların mərhələli şəkildə istehsalı barədə tam məlumat verilib. Bundan başqa, onlara ümumi uzunluğu 800 metr olan dünyanın ən böyük rənglənmə sexini göstəriblər.

Qeyd edək ki, avtomatlaşdırılmış istehsal xətti 5 il bundan əvvəl tam olaraq istehsalata buraxılıb və ən müasir avadanlıqlarla təchiz olunub. Belə ki, bir vaqonun əvvəldən axıra kimi rənglənməsinə 16 saat sərf olunur. Bir il ərzində isə istehsal xəttində 16 min ədəd vaqon rənglənə bilər.

Xatırladaq ki, Azərbaycan qarşıdakı 3 il ərzində Rusiyadan 14 min vaqon alacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.