İqtisadiyyat

Siqaret satışı niyə dayandı?

2 Mart 2015 15:09
Baxış: 10 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarından etibarən paytaxtın satış nöqtələrində bəzi siqaretlərin qiyməti düşüb. Lakin sonradan siqaret satışı dayandırılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu gün səhər saatlarından etibarən firmalar mağazalara siqareti əvvəlki qiymətlə satıblar. Yəni dollar qalxmamışdan əvvəl satılan qiymətə...

"West", "Sobranie" markalı siqaretlər satış məntəqələrinə, köşk və marketlərə köhnə qiymətlərə paylanıb. Buna baxmayaraq bəzi mağazalarda "Kent" markal siqaretlər satışdan çıxarılıb.

Siqaret topdansatışı ilə məşğul olan şəxslərin virtualaz.org saytına verdikləri məlumata görə, bir neçə saatdan sonra menecerlərə satışı dayandırmaq göstərişi verilib. Bununla da siqaret satışı müvəqqəti olaraq dayandırılıb. Səbəb isə qiymətlərdə baş verən ani dəyişiklik olub.

Belə ki, dünən 2 manat 40 qəpiyə satılan "Kent 4" markalı siqaret bu gün köhnə qiymətə - 1 manat 70 qəpiyə olub. 2 manat 80 qəpiyə, 3 manata satılan "Sobranie" siqareti isə 2 manat 20 qəpiyə satılıb.

Xatırladaq ki, fevralın 21-də manatın məzənnəsi kəskin dəyişəndən sonra bütün siqaretlərin qiyməti 33-35 faiz qaldırılmışdı.

Siqaretin qiymətinin yenidən qalxacağı gözlənilir. Çünki bir müddət əvvəl Nazirlər Kabineti respublika ərazisinə gətirilən spirtli içkilərin, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini təsdiqləmişdi. Dəyişikliyin martın 1-dən etibarən qüvvəyə minəcəyi bildirilirdi.

Aksiz dərəcələrində edilən dəyişikliklərə əsasən, 2015-ci ildən 1000 ədəd siqar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) qiymətində aksizin payı 10 manat həcmində, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üçün yeni spesifik aksiz dərəcələri 1000 ədədə görə 4 manat təşkil edəcəyi bildirilirdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.