İqtisadiyyat

Kirayə gəlirləri niyə vergiyə cəlb edilmir? - VİDEO

28 Fevral 2015 10:29
0 Şərh     Baxış: 2 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bunun üçün ilk növbədə kirayə müqavilələri bağlanmalıdır.
Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Azərbaycanda çox az adam evini kirayəyə verərkən müqavilə bağlayır. Müqavilənin olmaması birbaşa vergidən yayınma hallarına gətirib çıxarır. Nəticədə milyonlarla manat vəsaitin büdcəyə daxil olmasının qarşısı alınır. Bəs kirayə və icarə müqavilələri necə vergiyə cəlb edilə bilər?

Vergi Məcəlləsinə əsasən, evini, ya obyektini kirayəyə və ya icarəyə verən şəxs 14 faizilik gəlir vergisi ödəməlidir. Ancaq qanunun bu tələbinə riayət edənlər azdır. Buna ilk səbəb tərəflərin kirayə müqaviləsi bağlamamasıdır. Maraqlıdır ki, vergini əmlakını kirayəyə verən şəxs ödəməli olduğu halda, kirayənişinlər də müqavilə bağlamaqda maraqlı deyillər.

Digət tərəfdən, müqavilə bağlansa belə, əksər hallarda orada kirayə haqqı əmlakın dəyərindən qat-qat aşağı göstərilir. Bu da külli miqdarda vəsaitin vergidən yayınmasına gətirib çıxarır.

Vergidən yayınma hallarına digər səbəb kirayə bazarına nəzarət mexanizmlərinin olmamasıdır. Əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, məsələnin həlli üçün ilk növbədə elektron baza yaradılmalı, kirayə və icarə obyektlərinin məlumat reyestri o hazırlanıb ora daxil edilməlidir. Daha sonra notarial qaydada bağlanan müqavilələr üzrə gəlirlər vergiyə cəb edilməlidir. Müqavilədən yayınanları isə digər orqanlar müəyyən edə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.