Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, nazir ölkəmizdə fermer və sahibkarların gübrəyə olan tələbatı barədə toplantı iştirakçılarına geniş məlumat verdi.
Nazir bildirdi ki, cari ildə respublikamıza təlabata müvafiq olaraq kifayət qədər gübrə gətirilib: "Biz kənd təsərrüfatı sahəsində, ümumilikdə ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeritməliyik".
H.Əsədov şirkət rəhbərlərinə xatırladıb ki, bu gün ölkəmizə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz: "Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzətlə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı, eyni zamanda qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır. Biz fermerlərin heç bir zərər çəkmədən maraqlarına münasib qiymətləri tənzimləməliyik. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir. Gübrələrin keyfiyyəti Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən laboratoriyalarda ciddi yoxlanılacaq və nazirlik gübrə bazarında qiymətlərin tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək.
Şirkətlərin nümayəndələri və qurumların rəhbərləri respublikaya idxal olunan gübrələrin qiymətinin tənzimlənməsi üçün öz təklifləri ilə bölüşdülər və dövlətin bu sahədə apardığı siyasətə dəstək verəcəklərini bildirdilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
- “Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best Use of AI in Digital Transformation) mükafatına layiq görüb
- Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
- Bu avtomobillərin qiyməti ucuzlaşacaq
- Bu işçilərin maaşları artırılacaq
- Azərbaycan nefti 3 dollar ucuzlaşdı
XƏBƏR LENTİ
- Çin ordusunda İnformasiya Dəstəyi Qüvvələri yaradılıb
- Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...
- Oyunda maraqlı məqam: 2 sarı vərəqə aldı, meydandan qovulmadı
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb
- NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- Bakıda yeniyetmələr küçədə görün nə etdi: çəkilən görüntülər təəccüb doğurur - VİDEO
- Sürət həddini aşmaq ona baha başa gəldi
- Begemot dərisindən qamçı ilə döyüldü – Hitler şəxsi düşmənini necə öldürüb?
- Xanımı ilə kamera qarşısına keçdi - FOTOlar
- Tül pərdələri belə yuyun - Bu sadə üsulu çoxları bilmir
- COP29 prezidenti Devid Terklə müzakirə apardı
- Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı
- Dünyada ən bahalı çay növləri: 4 milyon dollar...
- Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı
- Belqorodda daha üç Ukrayna PUA-sı məhv edildi
- Rusiyalı hərbi müxbir Ukraynada öldü
- Sosial medianın uşaqlar üzərindən qazancı dodaq UÇUQLADIR – Milyardlarla...
- “İnsan yediyi qaba tüpürməz”
- “TikTok”un populyarlaşdırdığı yuxu taktikası - Nə dərəcədə effektivdir?
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun