İqtisadiyyat

Yunanıstan Azərbaycanın pullarından imtina etməyə hazırdırmı?

31 Yanvar 2015 15:45
Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
SİRİZA partiyasının rəhbərlik etdiyi Yunanıstanın yeni hökuməti öz hərəkətləri ilə təəccübləndirməkdə davam edir. Yunanıstanın Avropa İttifaqı qarşısındakı borclarını ödəmək istəməməsi ölkədə Dövlət Əmlakının İdarə edilməsi Fondunu ləğv etmək və bununla da özəlləşdirmə prosesinin dayandırılması niyyəti ilə əsaslandırılır. Bu qərar birbaşa Azərbaycana da aiddir və çünki hələ 2013-cü ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə Yunanıstanın DESFA qaz nəqli operatoru arasında 66 faizlik iştirak payı üzrə alqı-satqı sazişi bağlanmışdı.

Yunanıstanın energetika naziri Panayotis Lafazanisin bəyanatına görə, yunan tərəfi Avropa Komissiyasının qərarından sonra bu sövdələşmə ilə bağlı gələcək addımlarını müəyyən edəcək.

Belə bəyanatları səpələyərkən yeni yunan hökuməti unudur ki, hər iki tərəf yerinə yetirilməsi lazım gələn öhdəliklərə malikdir.

Ölkənin bütün siyasətinə yenidən baxılması, onun iqtisadi problemlərinin həllinə dair planlara və kreditorlarla münasibətlərə yenidən baxılmasına dair SİRİZA-nın bəyanatı seçkiqabağı kampaniyanın yalnız bir hissəsidir. Lakin indi reallığın gözünə baxmaq lazım gəlir. Dünya iqtisadiyyatındakı çətinliklərlə daha da gərginləşən, iqtisadi vəziyyəti ağır olan ölkə tamamilə başqa cür hərəkət etməlidir. ARDNŞ ilə sövdələşmə yunan tərəfinə hazırda lazım olan real 400 milyon avrodur. Bu sövdələşmənin gəlirliliyindən əlavə, unutmaq olmaz ki, hazırda Azərbaycan qazının Avropaya tədarükü layihəsi reallaşdırılma mərhələsindədir və yunan tərəfi Azərbaycan qazının alıcılarından biri kimi bu prosesin bilavasitə iştirakçısıdır.

İndiki şəraitdə Yunanıstanın spekulyasiya etmək cəhdləri sadəcə yersizdir. İqtisadi islahatlardan danışmaq çox asandır, amma bunu həyata keçirmək daha da mürəkkəbdir. Yunanıstan Avropa İttifaqı qarşısındakı borclarının silinməsinə bel bağlayır, amma Almaniyanın federal kansleri Angela Merkelin son bəyanatı bunun əksini deyir. Merkel qeyd edib ki, gələcəkdə Yunanıstanın borclarının silinməsi imkanını görmür.

Qeyd etmək lazımdır ki, ARDNŞ-nin iştirak payı əldə etməsinə dair sazişlə bağlı DESFA-da əvvəlcə problemlər yaşanmışdı. Hələ keçən ilin noyabrında məlum oldu ki, Avropa İttifaqının Antiinhisar idarəsi hazırlanan sazişi yoxlamağa başlayıb. Avropalı məmurlarda Yunanıstanın qaz bazarında rəqabət səviyyəsinin azalacağı ilə bağlı narahatlıq yaranmışdı. Sövdələşməyə martın 23-dək baxılması gözlənilirdi, amma sonradan bu müddət 2015-ci il aprelin 22-dək uzadıldı. Qəribə təsadüfdür...

Sərmayəçilərin cəlb edilməsi, Aİ-nin hüdudlarından kənardakı başqa ölkələrlə əməkdaşlığın genişləndirilməsi, yəni ölkə iqtisadiyyatının sağlamlaşdırılması üçün tədbirlərin görülməsi - hazırkı mərhələdə Yunanıstan yeni hökumətinin əsas hədəfi məhz bu olmalıdır. Bütün bunları nəzərə alaraq, indi kökündən baltalamaq yersizdir.

Emil İsmayılov
Trend.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.