İqtisadiyyat

Azərbaycanda 100-dən çox gömrükçüyə cəza verildi

30 Yanvar 2015 14:11
0 Şərh     Baxış: 2 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ildə Azərbaycanın gömrük orqanlarının 139 əməkdaşı müxtəlif hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlb edilib. Trend xəbər verir ki, bu barədə cümə günü Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev komitənin geniştərkibli kollegiya iclasında bildirib.

O deyib: "Ötən il altı əməkdaş gömrük orqanlarında xidmətdən azad edilib, birinin rütbəsi aşağı salınıb, 28 nəfər ciddi töhmət və son xəbərdarlıq, 80 nəfər töhmət alıb, 24 nəfər isə tənbeh edilib".

Mehdiyevin sözlərinə görə, ümumilikdə, bir il ərzində gömrük orqanlarında işə qəbul üzrə sınaq imtahanlarında 468 nəfər iştirak edib.

DGK sədrinin birinci müavini qeyd edib ki, ötən il gömrük orqanlarında işə 144 nəfər qəbul edilib, 98 nəfər isə tutduğu vəzifədən azad edilib: "Hesabat dövründə 244 nəfərin rütbəsi artırılaraq yeni vəzifəyə keçib. Bundan başqa, 22 nəfərin rütbəsi azaldılaraq başqa vəzifəyə keçib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.