İqtisadiyyat

Bəzi yaşayış məntəqələri qazsız qalacaq

27 Yanvar 2015 17:36
0 Şərh     Baxış: 3 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yanvarın 28-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Alatava'' və ''Yaşma-Siyəzən'' magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Zaqatala'', Qazax Magistral qaz kəmərləri sahəsinin "Şıxlı", o cümlədən, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Ələt" və "Qubaxəlil" Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Şıxlı, İsmayıllı rayonun Qubaxəlilli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının, Zaqatala rayonunun, eləcə də Abşeron rayonundakı bəzi qəsəbələrin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.