"Nə qədər təzadlı olsa da, real iqtisadiyyata yeni bir zərbə də "paket"çilərdən gəlir. Çünki, neftin kəskin dəyər itirdiyi bir dövrdə hökumət bir sıra leqal və qeyri-leqal xərclərin ixtisarına qərar verib. Bunlardan biri də rəsmi əməkhaqqından əlavə, verilən "paket" maaşlar idi".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri sosial şəbəkədə iqtisadçı ekspert Rəşad Həsənov yazıb. Ekspert bildirib ki, müxtəlif hesablamalara görə günümüzdə ölkədə təxminən 50-65 min nəfər 200-30000 manat arası paket şəklində maaş alır:"Ümumiyətlə isə hər ay bu yolla bazarlara təxminən 70-85 milyon manat, il ərzində isə orta hesabla 950 milyon manat vəsait daxil olur.
Hazırda isə paketlərin azaldılması və əksər hallarda ləğv edilməsi bazarları bu vəsaitlərdən məhrum edəcək. Nəticədə daxili tələbatın azalması, real sektorun daralması kimi neqativ hallar baş verəcək.
Eyni zamanda bu bazarlarda "nağd pul"qıtlığına yol açacaq. Paket gəlirlərin bir maraqlı xüsusiyyəti isə ondan ibarət idi ki, insanlar bu pulları daha rahat şəkildə, çəkinmədən xərcləyirdilər. Yəni bu gəlirlər çoxlarının gözündə "zəhmətsiz gəlir" statusunda idi.
Bundan başqa bu qrupa daxil olan insanlar öz məişət həyatlarını paket gəlirlərinə uyğunlaşdırıb, müxtəlif kredit-borc öhdəlikləri götürüblər ki, paketin kəsilməsi sonda problemli borcların da həcminə mənfi təsir edəcək. Amma bu həmçinin, paketçilər üçün sınaq anı da hesab edilə bilər. Çünki, dünənədək paketin ilhamlandırdığı bu insanlar bu gün sadəcə milyonlarla digər vətəndaşın yaşadığı maddi sıxıntılarla razılaşacaqlarmı, yoxsa..."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
- “Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
- Əmisinin meyitini əlil arabasında banka apardı - Səbəb təəccüb doğurur - VİDEO
- “Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay
- Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb
XƏBƏR LENTİ
- Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
- Hakan Fidan: “Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik”
- Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü - FOTO
- Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar - FOTOlar
- Qələbə “Gəncə”nin, final "Azərreyl"in
- Stoltenberq Zelenski ilə Ukraynanın təcili ehtiyaclarını müzakirə edib
- Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
- Amerika şirkəti Qəddafinin malikanəsini müsadirə etdi
- Azərbaycan çempionatı 4 gün davam edəcək
- "Ailəmdən vacib heç nə yoxdur"
- Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? - VİDEO
- Cem Yılmaz Serenayla bağlı çıxan xəbərlərə CAVAB VERDİ - FOTO
- Ukrayna çətin vəziyyətdədir, daha çox dəstəyə ehtiyac var
- Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
- Kobaxidze prezidenti xarici agent adlandırdı
- Qırğızıstan “TikTok”u qadağan edə bilər
- Paris-2024-ə doğru: 7 Olimpiadada 7 qızıldan sonra 7 növdə 77 məqam
- Bakıda evini kirayə verən şəxs dəhşət yaşadı - VİDEO
- Deputatdan təklif: Bu qızların qarşısı alınsın, normal qadınların sevgi tapmasına mane olurlar
- İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var
- 80 yaşlı atanın 32 illik oğul nisgili - VİDEO
- Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
- Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
- Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq