2015-ci ildə vergi borcları azalıb. Bu qənaət 2014-cü ilin müvafiq dövrü ilə müqayisədən yaranıb. Ölkə üzrə azalan vergi borcları, təbii ki, ayrı-ayrı bölgələrə də təsir edib və ümumi say göstəricilərində fərqlər yaranıb.
Dövlət vergiləri üzrə dövlət büdcəsinə olan borclar 1 yanvar 2014-cü il tarixinə olan nisbətdə bu il ölkə üzrə 9,6% azalıb. Kəpəz TV (Region TV) xəbər verir ki, bu göstəricini 12 saylı ərazi vergilər departamentinin nəzarət sahəsinə aid olan Gəncə və Naftalan şəhərləri, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarının vergi ödəyicilərinin azalan borclarına da şamil etmək olar.
1 yanvar 2015-ci il tarixə olan 34,2 milyon manat borcdan 17,6 milyonu dövlət vergiləri üzrə, 10 milyona yaxını hesablanmış faizlər, 6,6 milyon manata yaxını isə tətbiq olunmuş maliyyə sanksiyaları olub. Ümumi borcun təxminən 33,3 milyon manata qədəri vaxtı keçmiş borclardır. Bu statistik göstərici isə 121 vergi ödəyicisi üzrə hesablanıb. Bu il yanvarın 1-nə olan vergi ödəyicilərinin və borcların sayının ötən ilin müvafiq dövrü ilə müqayisəsinə gəlincə isə...
Azər Məmmədov -12 saylı VD-nin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi: "Ümumilikdə götürəndə 2015-ci ilin yanvarın 1-nə 593 sayda şəxs borclu olub. Müqayisə etsək, 1 yanvar 2014-cü il tarixi ilə həmin vaxt borclu şəxslərin sayı 631 nəfər olub. Bura fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslər də aiddir. Ümumi borc məbləği isə 38,4 milyon manat olub".
Vaxtında ödənilməyən, gecikdirilmiş borcları olan istər fiziki, istərsə də hüquqi şəxslər Cinayət Məcəlləsinin müvafiq qanununa uyğun olaraq, məsuliyyətə cəlb olunur. Onlar haqqında sənədlər hazırlanaraq, hüquq baş idarəsi vasitəsi ilə vergi cinayətlərinin ibtidai araşdırması departamentinə təqdim olunur. Bu il 12 milyon manat məbləğində gecikdirilmiş borcu olan 10 fiziki şəxs haqqında da bu tədbirlər görülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Bu şəxslər üçün cəzalar sərtləşdirilir
- Fələstində ermənini nazir təyin etdilər
- Gülyaz Məmmədova xarici ölkə prezidenti ilə görüşdü - FOTO
- Hakim vəzifəsinə namizədlər üçün bu tələb ləğv edilir
- "️Crocus"da yaralananların sayı 382-yə çatdı
- Yunanıstanda güclü zəlzələ oldu
- Satışa çıxarılan "Prius"ların sayı 3 dəfə artdı - Nə baş verir?
- Bu dəfə Şəbnəm Nigara söz atdı: "Külək kimi əsir"
- AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - RƏSMİ AÇIQLAMA
- “Qarabağ”ın çempionluğu: Bu gün, sabah, yoxsa...
- “Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıram”
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ramazan ayının on doqquzuncu gününün iftar və namaz vaxtları - FOTO
- Keçmiş aparıcı Mələk Heydərova paylaşımı ilə diqqət çəkdi - FOTO
- Mentalitet dəyişib, qadınlar dron uçurur - Modi
- "Lamborghini" 20 ildən sonra loqosunu dəyişdi - FOTOlar
- Maşınların arasında qalan MİS əməkdaşı ayaqlarını itirdi
- Ermənistanda Solovyovun verilişlərinin yayımı qadağan edildi
- Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
- Bu ailə zəlzələdən sonra 7 aydır, çadırda yaşayır - FOTO
- 40 yaşında görünürəm - Bayden
- Burakın İngiltərədəki tədbiri ləğv edildi: Polis icazə vermədi - FOTO
- Xabi Alonso ilə bağlı qərar verildi
- Məşhur fenomen həbs edilib? - VİDEO