İqtisadiyyat

Avro tarixi minimumu yeniləyib

26 Yanvar 2015 13:05
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda keçirilən parlament seçkilərində müxalifətin qalib gəlməsi avronun dollarla müqayisədə məzənnəsinin aşağı düşməsinə səbəb olub

APA RBK-ya istinadən xəbər verir ki, bugünkü ticarət əməliyyatlarının gedişində avronun dollara nisbətdə məzənnəsi əvvəlki günlə müqayisədə təxminən 1% azalıb. Hazırda 1 avro 1,1098 dollara dəyişdirilir. Bu 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Belə ki, 12 il əvvəl 1 avro 1,1 dollardan aşağı düşməyib.

Qeyd edək ki, Azərbaycanda 1 avro 0,877 manata dəyişdirilir.

Analitiklər avronun ucuzlaşmasını Yunanıstanda parlament seçkilərində solçu müxalifət partiyası SİRİZA-nın qələbəsi ilə əlaqələndirirlər. Səsvermənin ilkin nəticələrinin açıqlamasından sonra məlum olub ki, SİRİZA 300 yerlik parlamentin 149-na sahib çıxıb. Bununla yanaşı, parlamentdə 13 yer tutan "Müstəqil yunanlar" partiyası ilə koalisiya yaradan SİRİZA hökuməti formalaşdıracaq.

"Yunanların sərt büdcə iqtisadiyyatı tədbirlərindən imtina etməsi satışın avroya təzyiqini davam etdirir. Yunanıstanın valyuta blokundan çıxmasının mümkünlüyü artır. Bazarlar riskə çox həssasdır", - deyə "Bloomberg" yazır.

SİRİZA-nın lideri Aleksis Sipras üç beynəlxalq kreditorun (Avropa Komissiya, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu) ölkə iqtisadiyyatında heç bir rol oynamayacağı, eləcə də sərt iqtisadi tədbirlərin keçmişdə qalacağına dair söz verib. A. Sipras qeyd edib ki, rəsmi Afina Yunanıstanın hədsiz borclar dairəsindən çıxarmaqla bağlı danışıqlara başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.