İqtisadiyyat

Daha bir ölkəyə pul köçürə biləcəyik

21 Dekabr 2014 14:08
0 Şərh     Baxış: 1 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC Litva poçtu ilə STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə pul köçürmələri xidmətinin göstərilməsinə dair müqavilə bağlamağa hazırlaşır. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, sistem 2015-ci ilin birinci rübündə istismara veriləcək.


Qeyd edək ki, STEFI sistemi beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir. STEFI sisteminin tətbiqi Azərbaycan poçt operatoruna digər pul köçürmələri tarifləri çərçivəsində 30 dəqiqə ərzində təcili pul köçürmələri həyata keçirməyə imkan yaradır.
 

Hazırda Azərbaycanın poçt operatoru STEFI sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pul köçürmələrini təklif edir. Xidmət yaxın vaxtlarda Qırğızıstan və Tacikistan üzrə də tətbiq ediləcək.
Azərbaycan poçtu üçün əsas üstünlük STEFI üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.