İqtisadiyyat

Azərbaycan və İrandan sahibkarlara yeni xidmət

21 Dekabr 2014 13:21
Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan və İranın poçt operatorları sərhədyanı zonalarda sahibkarlıq subyektlərinə xidmətlər göstərəcəklər. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, iki ölkənin poçt operatorları arasında əməkdaşlığın genişləndirilməsi İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində noyabrda imzalanmış anlaşma memorandumunda qeyd edilib.

Sənədi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.
 

Sənəd dövlət başçısı tərəfindən dekabrın ortalarında təsdiq edilib.

Poçt rabitəsi sahəsində əməkdaşlıq çərçivəsində poçt markalarının birgə buraxılması, sərhədyanı ərazilərdə poçt xidmətlətinin təşkili və sahibkarlıq subyektlərinə poçt rabitəsi xidmətinin göstərilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.