İqtisadiyyat

Azərbaycan Albaniyaya qaz verəcək

19 Dekabr 2014 17:48
Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu nümayəndə heyəti Albaniyada səfərdədir.
 

Trend ARDNŞ-yə istinadən məlumat verir ki, dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Albaniyanın Baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib.
 

Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Transadriatik qaz boru kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.
 

Azərbaycan və Albaniya hökumətləri arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.