İqtisadiyyat

Xoşbəxt Yusifzadə: "Azərbaycanda hasil olunan neftin 40%-i həcmində balans ehtiyat var"

19 Dekabr 2014 15:25
0 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda olan neft və qaz yataqlarında balans və çıxarılan ehtiyatlar var. Balans ehtiyatı çıxarılanın 40%-ni təşkil edir. Bu vaxta qədər təxminən 1 mlrd. ton neft hasil etmişik, təxminən bir bu qədər də qurudakı yataqlarda neft ehtiyatımız var".
  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə alimlərin birinci qurultayında çıxışı zamanı deyib.
  

Onun sözlərinə görə indi həmin nefti çıxarmaq mümkün deyil: "Hazırda quru sahələrdə olan həmin yataqlardan nefti hasil etmək mümkün deyil. Çünki, texnika və texnologiya buna imkan vermir. İnanıram ki, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri bu sahədə inkişafa şərait yaradacaq işlər görəcəklər".
 

Neft hasilatında müasir texnologiyaların tətbiqinə toxunan X.Yusifzadə bu sahədə yeni imkanlardan istifadə etdiklərini deyib: "Nano-texnologiyaları tam başa düşməsək də, ondan istifadə etməliyik. Neft sənayesində də nano-texnologiyası yaxşı tətbiq edirik. Bu işləri daha da genişləndirməliyik".
  

SOCAR-ın birinci vitse-prezidenti bu yaxınlarda təsadüfən qaz-kondensat yataqlarını kəşf etdiklərini vurğulayıb: "Bu yataqlar 6-7 min metr dərinlikdə yerləşir. Lakin neftin yığılması üçün belə şərait yoxdur. "Şahdəniz" qaz-kondensat yatağında 1 trln. kubmetr qaz ehtiyatı, 240 mln. ton neft-qaz kondensatı var. Təmiz neft yataqlarının kəşfi mütləq lazımdır. Bunun üçün dənizdə imkan yoxdursa, quruya qayıtmalıyıq. Sovet dövründə bəzi yerlərdə yaxşı neft alınırdı. Amma bu gün sənaye miqyasında oradan neft almamışıq. Texnikanın inkişafı ilə bu məsələlərə özümüz fikir verməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.