İqtisadiyyat

Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı - RƏSMİ

18 Dekabr 2014 12:01
0 Şərh     Baxış: 5 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Fond Birjasında (BFB) dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb

BFB-dan APA-ya verilən məlumata görə, beynəlxalq bazarlarda ABŞ dolları - Rusiya rublu (USD-RUB) valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən birjanın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.

Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.

Məlumatda qeyd edilib ki, BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı əlavə olaraq açıqlama veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.