İqtisadiyyat

GGF və Muğanbank Azərbaycanda enerjiyə qənaət tədbirlərini dəstəkləyir

30 Oktyabr 2014 14:21
Baxış: 2 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Muğanbanka ayrılmış 5 milyon ABŞ dolları məbləğində kredit GGF-in Azərbaycanda ikinci investisiyasıdır.

Hazırkı kredit Muğanbanka Azərbaycanın enerjiyə qənaət üzrə xüsusi kreditlər təklif edən ilk maliyyə təşkilatlarından biri olmağa imkan verəcəkdir.

Muğanbank tərəfindən verilən sub-kreditlər mikro, kiçik və orta müəsssisələrin, habelə fiziki şəxslərin enerjiyə qənaət tədbirlərinə investisiyalarını stimullaşdıracaqdır.

Sub-kreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində əsas enerjiyə il ərzində 8,700 MVt.saat qənaət olunacağı proqnozlaşdırılır.

The Green for Growth Fund, Southeast Europe (GGF) Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədilə "Muğanbank" ASC- yə (Muğanbank) 5 milyon ABŞ dolları məbləğində birinci dərəcəli kredit ayırmışdır.

Mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsində aktiv fəaliyyəti və genişlənməkdə olan regional şəbəkəsi vasitəsilə Muğanbank ölkənin enerjiyə qənaət üzrə kreditlər təklif edən ilk banklarından biri olacaqdır. GGF krediti Muğanbanka mikro, kiçik və orta müəssisələr, habelə riteyl müştərilər üçün dayanıqlı enerji maliyyələşməsini təmin etməklə kredit fəaliyyətini genişləndirməkdə kömək edəcəkdir. Maliyyələşdiriləcək enerejiyə qənaət üzrə səciyyəvi tədbirlərə bina örtüklərinin, istilik sistemlərinin təkmilləşdirilməsi və enerji səmərəli avadanlıqların quraşdırılması daxildir. Kənd təsərrüfatı rayonlarına xüsusi diqqət ayrılacaqdır. Belə ki, Muğanbank kənd təsərrüfatı sektorunda istixanaların yeniləşdirilməsi və avadanlıqların yeniləri ilə əvəz olunmasına investisiyalar üçün böyük potensial görür.

GGF-in hesablamalarına əsasən, sözügedən yeni kredit vəsaiti hesabına veriləcək sub-kreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində il ərzində əsas enerjiyə 8,700 MVt.saat qənaət olunacağı, karbon qazı tullantılarının miqdarının isə 4,200 ton azaldılacağı gözlənilir.

"Muğanbank Azərbaycanda enerjiyə qənaət sahəsində böyük potensial görür və ölkədə enerji səmərəliliyinin artırılmasını, həmçinin, karbon qazı tullantılarının azaldılmasını stimullaşdırmaqda etibarlı tərəfdaşdır. GGF-in investisiyasından əlavə, onun Texniki Yardım Xidməti Muğanbanka enerji səmərəliliyi üzrə məhsullarla işi qurmaqda və bankın müştərilərinin enerjiyə qənaət tədbirləri ilə bağlı maarifləndirilməsində köməklik göstərəcəkdir," deyə fondun sədri Kristofer Nouls bildirmişdir.

"GGF-dən hazırkı ilk enerjiyə qənaət kreditini cəlb etmək Muğanbank üçün sevindirici hadisədir. İnanırıq ki, bu kredit vəsaiti Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaqda gələcək əməkdaşlığımızın möhkəm əsasını qoyacaqdır. GGF krediti bizə mikro, kiçik və orta müəssisələrə, habelə riteyl müştərilərimizə onların enerjiyə qənaət üzrə tədbirlərə investisiyalarını dəstəkləmək üçün müvafiq kreditlər təklif etmək imkanı verəcəkdir. Biz, həmçinin, bu sahədə kredit əməliyyatlarımızı inkişaf etdirmək istiqamətində potensialımızın gücləndirilməsi üçün GGF-in texniki dəstəyinə arxalana biləcəyik. Bu isə o deməkdir ki, GGF bizim üçün həqiqətən ideal tərəfdaşdır," deyə Muğanbankın İdarə Heyətinin sədri Elmir Həsənov bildirmişdir.

THE GREEN FOR GROWTH FUND, SOUTHEAST EUROPE (GGF) HAQQINDA

The Green for Growth Fund, Southeast Europe (GGF) Cənub-Şərqi Avropada, o cümlədən Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Kosovo*, Monteneqro, Serbiya və Türkiyədə, həmçinin, Avropa Şərq Qonşuluğu Regionunda: Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada enerji səmərəliliyinin təmin olunması və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması sahəsində fəaliyyət göstərir. GGF, enerji səmərəliliyinin inkişafı layihələrinin maliyyələşdirilməsində maraqlı olan müəssisələrin və şəxsi ev təsərrüfatlarının kreditləşməsi üçün maliyyə institutlarına kredit vəsaitləri ayırır. GGF, həmçinin, kiçik və ortahəcmli bərpa olunan enerji layihələrinə birbaşa investisiya edir. Fondun investisiya fəaliyyətinin təsirini maksimum artırmaq məqsədilə, GGF-in Texniki Yardım Xidməti yerli maliyyə institutları və partnyorlara potensialın gücləndirilməsi sahəsində dəstəyini təklif edir. GGF, Avropa Komissiyası, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə dəstəyi ilə KfW İnkişaf Bankı (KfW) və Avropa İnvestisiya Bankı (EIB) tərəfindən 2009-cu ilin dekabr ayında dövlət və özəl qurumların partnyorluğu qismində yaradılmışdır.

Fondun genişlənməkdə olan investorlar bazası Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) və Avstriya İnkişaf Bankı (OeEB) kimi donor agentlikləri, beynəlxalq maliyyə institutları və özəl investisiya qurumlarından ibarətdir.
Lüksemburq qanunvericiliyinə əsasən SICAV (dəyişkən kapitallı səhmdar investisiya fondu) kimi qeydiyyata alınmış GGF, Oppenheim Asset Management Services S.à r.l. (Lüksemburq) tərəfindən, fondun konsultantı Finance in Motion GmbH (Almaniya, Frankfurt-Mayn) və texniki konsultant MACS Management & Consulting Services GmbH (Almaniya, Frankfurt-Mayn) ilə birgə idarə olunur. Əlavə məlumatla fondun saytından tanış olmaq mümkündür: www.ggf.lu.

* Bu göstəriş status üzrə mövqelərə xələl gətirmir və BMT-nin Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə və Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun Müstəqillik Bəyannaməsi haqqında Rəyinə uyğundur.

MUĞANBANK HAQQINDA

Azərbaycanın aparıcı banklarından biri olan Muğanbank 22 ildən artıqdır uğurla fəaliyyət göstərir. Bank fiziki şəxsləri və korporativ müştəriləri innovativ bank məhsulları ilə təmin edir. Ölkə iqtisadiyyatının SME (kiçik və orta sahibkarlıq) seqmentinə xidmətdə liderlərdən biri olmaqla yanaşı Muğanbank eyni zamanda artan riteyl portfelinə malikdir.

Ölkə ərazisində 41 filial və 7 şöbədən ibarət geniş filial şəbəkəsindən əlavə, bankın Moskva şəhərində nümayəndəliyi də fəaliyyət göstərir.

Muğanbank, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), World Business Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) da daxil olmaqla bir çox beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir.

Son 5 ildə Muğanbank Azərbaycanda fəaliyyət göstərən banklar arasında birinci 15-likdə yer almışdır. Standard & Poor's reytinq agentliyi tərəfindən bankın reytinqi müsbət proqnozla 'B-' müəyyən olunmuşdur.

Əlavə məlumatla bankın saytından tanış olmaq mümkündür: www.muganbank.az.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.