İqtisadiyyat

Şəmkirin Maliyyə İdarəsinin rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA

30 Oktyabr 2014 11:46
Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazim Məlikov vəzifəsinin icrasına başlayıb

Bir müddət öncə müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılan Şəmkir Rayonu Maliyyə İdarəsinin rəisi Nazim Məlikov yenidən öz vəzifəsinin icrasına başlayıb.

Milli.Az xəbər verir ki, modern.az saytının sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün cari il avqustun 7-də Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmışdı. Nazim Məlikov oktyabrın 29-da nazir Samir Şərifovun müvafiq əmrilə vəzifəsinə bərpa olunub:

"Belə ki, Şəmkir Rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməyib və beləliklə də Nazim Məlikovun vəzifəsindən azad edilməsi üçün səbəb qalmayıb", - deyə mətbuat xidmətindən bildirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.