İqtisadiyyat

Neft bahalaşacaq: görən, Azərbaycanda onlar indi nə deyəcəklər?

30 Oktyabr 2014 11:15
0 Şərh     Baxış: 2 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Üç həftə əvvəl xam neftin qiyməti sürətlə ucuzlaşmağa başlayanda "Azərbaycan uçuruma gedir, "iqtisadi siyasətimiz bərbad gündədir" və s. tipli açıqlamalar, daha doğrusu, isterik bəyanatların sayı artmışdı.

Danışanlar "müstəqil iqtisadçılar", "politoloqlar" və çoxsaylı qeyri-hökumət təşkilatlarında qrantların müqabilində "obyektiv araşdırmalar" aparanlar idilər həmişəki kimi.
 

Azərbaycanın ən kiçik problemini böyük faciə kimi qələmə verməyə adət etmiş şəxslər üçün "pis xəbər" var.

Dünya bazarlarında xam neftin qiyməti bu yaxınlarda sürətlə bahalaşacaq və 1 barrel üçün 100 dolları keçəcək. Bunun səbəbi isə "qara qızıl"a olan tələbatdır.
 

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, hazırda xam neftin qiymətinin ucuzlaşması və "qara qızıl"a olan tələbatın azalması müvəqqəti prosesdir.

İyun ayından bəri "Brent" markalı neftin qiyməti 25 faiz ucuzlaşaraq 1 barrel üçün 86,03 dollara ensə də, dünən 2020-ci illə bağlı fyuçers anlaşmalarının səviyyəsi 1 barrel üçün 91,5 dollarda qalıb.
 

"Standard Chartered" şirkətinin enerjidaşıyıcıları və xammal sahələrinin tədqiqatları departamentinin rəhbəri Pol Horsnell hesab edir ki, bazarlardakı mövcud ucuzlaşma "yeni norma" sayıla bilməz.
 

Beynəlxalq Energetika Agentliyinin ekspertlərinin frkrincə, 2019-cu ilədək dünya miqyasında sutkalıq neft tələbatı indiki 92,8 milyon barreldən 99 milyon barrelə qədər artacaq.

"Barclays" bankı, habelə "Sanford C. Bernstein & Co" şirkətinin ekspertləri də neftin bahalaşacağını, 1 barrelin 100 dollara çatacağını deyirlər və buna şübhə etmirlər.
 

Onların fikrincə, xam neftin 1 barrelinin qiyməti yaxın gələcəkdə 100 dollardan ucuz olmayacaq.
 

Beləliklə, "müstəqil ekspert" və "nüfuzlu politoloq" sayılmağa çalışan yerli 5-ci sütun mənsubları sakitləşə bilərlər.

Onlar həmişəki kimi, yanılıblar və istəklərini reallıq hesab etdikləri üçün gülünc duruma düşüblər.
 

Orxan Hun
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.