İqtisadiyyat

10 ayda 100000 qəlbdə

30 Oktyabr 2014 11:30
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kapital Bankın Facebook sosial şəbəkəsindəki fanlarının sayı 100000 olub. Bankın bu münasibətlə yaydığı press-relizdə deyilir:

"Dostlar! Sizinlə bu gün paylaşacağımız xəbər elə sizin özünüzlə bağlıdır. Facebook səhifəmiz çox qısa müddətdə artıq 100000 nəfər tərəfindən bəyənilib. 2014-cü ilin əvvəlindən etibarən sizin üçün keçirdiyimiz aksiyalar, hazırladığımız yeni məhsullar və müxtəlif müsabiqələrlə qarşınıza çıxdıq. "Mosfilm həftəsi", "140 Arzu", "Breyn-Rinq" yarışları, müəllim, həkim və hərbçilər üçün müxtəlif aksiyalar, əmanətçilərimizin mükafatlandırılması yeni komandamızın sizlərə təqdim etdiyi ilk sürprizlər idi. Amma bu, hələ başlanğıcdır.

Geridə qalan 10 ayda Facebook fanlarımızın sayı 100000-ə çatdı. Socialbakers şirkətinin təqdim etdiyi statistikaya əsasən, bu, Azərbaycan bankları arasında ən sürətli artım tempidir. Eyni zamanda Facebook vasitəsilə daxil olan müraciətlərinizin operativ cavablandırılması üzrə də son ayların lideri olduq. Socialbakers şirkətinin hazırladığı hesabatlarda 1 dəfə 1-ci, 1 dəfə 3-cü olmaqla dəfələrlə adımız hallandı. Təbii ki, bunların hər biri siz fanlarımızın sayəsində...

Biz də sizin sadiqliyinizə biganə qalmadıq və 100000-ci fanımızı mükafatlandırmağa qərar verdik. Beləliklə, Kapital Bank Facebook səhifəsinin 100000-ci fanı bizdən dəyərli hədiyyə əldə edəcək.

Yaxşı ki, varsınız. Təşəkkürlər".
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.