İqtisadiyyat

ARDNŞ Rusiyada NEZ-in tikintisində iştirak etmək niyyətindədir

24 Oktyabr 2014 20:31
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiya Federasiyasının Novorossiysk şəhərinin yaxınlığında Kuban Neft Emalı Zavodunun (NEZ) tikintisi layihəsində iştirak etmək haqqında danışıqlar aparır". Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev TASS agentliyinə bildirib.


"Rosneft"in rəhbəri İqor Seçinin bu yaxınlarda Bakıya səfəri zamanı ARDNŞ ilə danışıqlar apardığını xatırladan N.Əliyev danışıqların nəticəsi barədə məlumatsız olduğunu vurğulayıb.
 

TASS-ın məlumatına görə, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən sammitində Azərbaycanın Kuban NEZ-in tikintisində investisiya iştirakı müzakirə olunub. Məqsəd Azərbaycan neftinin NEZ-ə vurulması və sonra neft məhsullarının Rusiya treyderləri vasitəsilə satışıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.