İqtisadiyyat

"Volkswagen" azərbaycanlıları aldadır

24 Oktyabr 2014 18:30
3 Şərh     Baxış: 3 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmaları davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Volkswagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib. Belə ki, həmin reklamlarda "Volkswagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Polo Sedan - gündəlik ehtiyaclarınızın ən ideal həlli" və "Tiguan - yolda və yolsuzluqda ən etibarlı dostunuz" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən "Euro Style LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.