İqtisadiyyat

AZAL ABŞ-a aviareyslərin sayını artırır

24 Oktyabr 2014 15:19
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il dekabrın 8-dən Bakı-Nyu-York-Bakı marşrutu üzrə aviareyslərinin sayını artıracaq

Trend-in AZAL-ın saytına istinadən verdiyi məlumata görə, həmin marşrut üzrə reyslərin sayı 3-ə çatdırılacaq. Hazırda aviareyslər çərşənbə və şənbə günləri həyata keçirilir, dekabrın 8-dən isə reyslər bazar ertəsi də reallaşdırılacaq.

Məlumatda qeyd edilir ki, təyyarələr bazar ertəsi Bakıdan çərşənbə və şənbə günlərində olduğu kimi, yerli vaxtla saat 06:00-da uçacaqlar, Nyu-Yorka isə saat 09:30-da (yerli vaxtla) gələcəklər.

Nyu-Yorkdan Bakıya uçuşlar həftənin həmin günləri yerli vaxtla saat 11:30-da həyata keçiriləcək, Bakıya gəliş vaxtı isə növbəti gün saat 08:00-da olacaq.

Qeyd edək ki, AZAL sentyabrın 24-dən Bakı-Nyu-York-Bakı marşrutu üzrə mütəmadi birbaşa aviareyslərin reallaşdırılmasına başlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.