İqtisadiyyat

Türkiyə Azərbaycandan və İrandan "al və ya ödə" prinsipi ilə qaz tədarükündən imtina edəcək

21 Oktyabr 2014 11:43
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Azərbaycandan və İrandan "al və ya ödə" prinsipi ilə qaz tədarükündən intina edəcək

Trend xəbər verir ki, bu barədə İHA agentliyi çərşənbə axşamı energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən xəbər yayıb.

Nazirin sözlərinə görə, bu ilin sonunda Türkiyə İranla qaz tədarükündə "al və ya ödə" prinsipindən imtina edəcək.

O, həmçinin bildirib ki, Türkiyə ötən il Rusiya ilə qaz tədarükündə bu prinsipdən tam imtina edib: "2015-ci ildə Türkiyə Azərbaycandan qaz tədarükündə də "al və ya ödə" prinsipindən imtina edəcək".

Bununla yanaşı, bir müddət əvvəl ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bildiriblər ki, Azərbaycanda Türkiyəyə satılan qaza görə hesablaşmalarda tətbiq olunan "al və ya ödə" prinsipindən imtina edilməsi ilə bağlı heç bir danışıqlar aparılmır.

KİV-in məlumatına görə, Türkiyə İran qazının min kubmetrini 490 dollara alır. Cənubi Qafqaz boru kəməri ilə tədarük olunan Azərbaycan qazının min kubmetrinə görə ölkə 335 dollar ödəyir. Rusiya qazının min kubmetri Türkiyəyə 425 dollara başa gəlir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.