İqtisadiyyat

"Bank of Baku"-dan növbəti sosial aksiya: Ağac əkək, təbiətə sahib çıxaq! - FOTO

21 Oktyabr 2014 10:08
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bank of Baku" korporativ sosial məsuliyyət siyasəti çərçivəsində paytaxtın Binəqədi rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirib. "Təbiətin bizə ehtiyacı var!" şüarı altında baş tutan aksiya zamanı "Bank of Baku" əməkdaşları tərəfindən yüz agac əkilib. "Dərnəgül" metrosu yaxınlığındakı ərazidə ağacəkmə aksiyası Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
 

Ekoloji aksiya zamanı ərazidə Pinus eldarika (Eldar şamı) növündən olan yüz ağac əkilib. Pinus eldarika Bakı və Abşeron mühitinə uğurlu şəkildə uyğunlaşması və yayılması ilə tanınıb və karbon qazını udaraq əvəzində oksigen ixrac etməsi və beləliklə ekologiyaya verdiyi əvəzsiz töhfə ilə tanınır.
 

Baş tutan ekoloji aksiyaya bankın rəhbərliyi və yüzə yaxın əməkdaşı qatılıb. Tədbirdə çıxış edən "Bank of Baku"-nun İdarə Heyəti Sədrinin Müavini Zaur Qaraisayev bildirib ki, Bakı və Abşeronda canlı təbiət massivlərinin təşəkkül tapması diqqət, qayğı və planlı fəaliyyət tələb edir. "Son illər rəsmi qurumlar bu istiqamətdə ardıcıl iş aparırlar. Fikrimcə, özəl sektor belə aksiyalara öz dəstəyini verməlidir. Məhz bu səbəbdən "Bank of Baku" belə bir ekoloji aksiya keçirmək qərarına gəlib". Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Müavini Aygün Əliyeva da iştirak etmişdir. Aygün Əliyeva tədbirdə çıxış edərək "Təmiz Binəqədi" sosial layihəsi barədə məlumat vermiş, belə ağacəkmə aksiyalarında iştirakı layihəyə göstərilən dəstək kimi qiymətləndirmişdir.
 

Bu tədbirin baş tutmasında böyük dəstək verən Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinə və təşkilati işləri yüksək səviyyədə həyata keçirmiş "Brand Bakers" şirkətinə dərin minnətdarlığımızı bildiririk. Korporativ sosial məsuliyyətə böyük önəm verən "Bank of Baku" bundan sonra da yeni sosial və ekoloji aksiyalar keçirməyi planlaşdırır.
 

Bank of Baku

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.