İqtisadiyyat

Nazir: "Azərbaycanda Rusiyaya ixracla əlaqədar kənd təsərrüfatı məhsullarının çatışmazlığı yoxdur"

1 Oktyabr 2014 16:23
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycanda kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına tədarükünün artması ilə əlaqədar həmin məhsulların çatışmazlığı müşahidə olunmur".

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, əksinə ölkədə kənd təsərrüfatı məhsullarının bolluğu müşahidə olunur: "Kənd Təsərrüfatı Nazirliyi ölkənin regionlarında əlavə yarmarkaların yaradılması üçün şirkətlərlə danışıqlar aparır, çünki istehsal edilən məhsulları mövcud yarmarkalarda yerləşdirə bilmir".

H.Əsədov əlavə edib ki, Azərbaycan və Rusiya birgə müəssisələrin yaradılması, logistik mərkəzlərin tikilməsi üzrə intensiv danışıqlar aparır, həmçinin ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə icarə məsələsi müzakirə olunur: "Lakin hələ bu məsələlər üzrə yekun qərar qəbul olunmayıb".

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına gəlincə, nazir deyib ki, bu, əsasən, mövsümi xarakter daşıyır: "Hazırda pomidor, lobya və kələmin qiymətlərində artım var".

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı zamanı istifadə olunan istehsalat vasitələri və gübrələrin qiymətləri hər il artır və onlar arasında qiymət bərabərsizliyinin olmaması üçün qiymət artımı qaçılmazdır: "İndiki halda kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarını və qiymət artımına təsir edən dünya iqtisadiyyatındakı tendensiyaları da nəzərə almaq lazımdır. Buna görə də daxili bazarda mövcud qiymət artımını məqbul hesab edirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.