İqtisadiyyat

Nazir: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrə əməkdaşlığa mühüm əhəmiyyət verir"

1 Oktyabr 2014 16:07
Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 170 milyard dollardan artıq investisiya qoyulub

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu çərçivəsində keçirilən "Energetika, regional inteqrasiya və sosial-iqtisadi inkişaf" mövzusunda II beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, həmin dövr ərzində ölkənin ÜDM-i 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, dövlət büdcəsinin gəlirləri isə 16 dəfə artıb: "Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 170 milyard dollardan çox investisiya yatırılıb, 1,2 milyon yeni iş yeri açılıb. Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faiz təşkil edir. Əhalinin gəlirləri 6,5 dəfə, əməkhaqqı 5,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə çatıb".

Ş.Mustafayev deyib ki, qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq hesabatlarda da öz əksini tapıb. "Fitch", "Standard and Poors" və "Moody`s" reytinq agentlikləri son illərdə mütəmadi olaraq ölkəmizin suveren reytinqini artırır.

Nazir çıxışında qeyd edib ki, Azərbaycan İƏT ilə əməkdaşlığa böyük diqqət ayırır və təşkilatın üzvü olan ölkələrin uğurlu inkişafında maraqlıdır: "Artıq 2-ci dəfə keçirilməsinə baxmayaraq, konfransa maraq xeyli artıb, iştirakçıların coğrafiyası genişlənib, 21 ölkədən qonaqlar tədbirə qatılıb, 26 ölkədən 200-ə yaxın məqalə təqdim edilib".

Onun sözlərinə görə, bu tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun yaranmasının 50 illiyi ilə eyni vaxta təsadüf etməsi ilə yadda qalır.

Dövlət müstəqilliyinin bərpasından sonra İnstitut bazar münasibətlərinə keçidlə əlaqədar başlanılmış köklü islahatlara öz elmi töhfələrini verməyə davam etdi və keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını təmin etdi.

Azərbaycan İƏT çərçivəsində aparılan işlərdə fəal iştirak edərək üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə 10-dan artıq müxtəlif saziş, o cümlədən "İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Saziş", "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş", "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" imzalayıb. Bununla yanaşı, ölkə ötən il EKO Bankın üzvü olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.