İqtisadiyyat

Astara sərhəd-keçid məntəqəsinə baxış keçirildi

1 Oktyabr 2014 15:57
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev və İran Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyan bu gün Astara (Azərbaycan) sərhəd-keçid məntəqəsinə baxış keçiriblər.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilrib.

Məlumata görə, baxış zamanı İran rəsmisi Azərbaycanın Astara sərhəd-keçid məntəqəsində sərnişinlərin və yük maşınlarının gediş-gəlişi üçün yaradılmış şəraitlə tanış olub. Burada yaradılan şəraitdən razı qalan qonaq azərbaycanlı həmkarı ilə birgə yük maşınlarının sürücüləri ilə danışıqlar aparıb və onların problemlərini dinləyib.

Qeyd edək ki, M.Kərbasiyanın Azərbaycana səfəri sentyabrın 29-da başlayıb və oktyabrın 2-də başa çatacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.