İqtisadiyyat

Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclasında təmsil olunacaq

1 Oktyabr 2014 13:24
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ilin 1-4 oktyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclası keçiriləcəkdir.

İcraiyyə Şurasının iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcəkdir. Bu barədə Trend-ə nazirlikdən bildirilib.

2013-cü ilin avqust ayında Zambiya və Zimbabvedə keçirilmiş BMÜTT Baş Assambleyasının 20-ci Sessiyasında Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunmuşdu.
İcraiyyə Şurasının 99-cu iclası zamanı 2014-cü ildə beynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri, turizmin əsas istiqamətləri, 2014-2015-ci illər üzrə ümumi iş proqramının həyata keçirilməsi və 2016-2017-ci illər üzrə ümumi iş proqramının hazırlanması, BMÜTT-in BMT sistemində rolu, Dünya Turizm Günü 2014, işçı qruplarının hesabatları, təşkilatın maliyyə vəziyyəti, təşkilatın İcraiyyə Şurasının 2015-ci il üçün sədr və sədr müavinin seçilməsi və s. məsələlər müzakirə olunacaqdır.
Tədbirdə nazir Əbülfəs Qarayevin Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər və layihələr barədə çıxışı nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.