Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao bu il noyabrın əvvəlində Bakıya səfəri çərçivəsində Azərbaycan hökuməti ilə bir sıra istiqamətlər üzrə səmərəli danışıqlar aparacağını gözləyir.
Trend xəbər verir ki, bu barədə T.Nakao Manilada jurnalistlərlə görüşündə bildirib.
O qeyd edib: "Mən Azərbaycana noyabrın 4-də səfər etmək niyyətindəyəm. Səfərimdə məqsəd Bakıda bankın Rəhbərlər Şurasının illik toplantısına (2015-ci il mayın 2-5-də) hazırlığın gedişi ilə tanış olmaqdır. Bundan əlavə, Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək və əməkdaşlığın perspektivləri müzakirə olunacaq".
T.Nakao xatırladıb ki, bu həftənin əvvəli bank Azərbaycanla əməkdaşlığa dair yeni strategiyanı təsdiqləyib.
AİB prezidentinin qeyd etdiyi kimi, adambaşına düşən ÜDM-in kifayət qədər yüksək göstəricisi ilə nisbətən zəngin ölkə olan Azərbaycan mütəmadi olaraq infrastruktur layihələrinə, xüsusilə də yolların tikintisi, təhsil və səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində maliyyələşdirmənin cəlb olunmasına ehtiyac hiss edir: "Mənim qarşıdakı səfərdən çox böyük gözləntilərim var. Axı sizin ölkəniz Şərqlə Qərbin qədim mədəniyyətlərinin kəsişməsində yerləşir".
Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə görə, T.Nakao səfəri zamanı maliyyə naziri Samir Şərifovla görüşəcək.
O.Noroyono əlavə edib ki, AİB prezidentinin daha yüksək səviyyədə görüşlər keçirəcəyi istisna olunmur.
Qeyd edək ki, AİB 1966-cı ildə təsis olunub və 67 üzvü var. Bankın mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Azərbaycan 1999-cu il dekabrın 22-dən bankın üzvüdür, ölkənin bankın kapitalında iştirak payı 0,5 faiz təşkil edir.
Milli.Az
İqtisadiyyat
"Asiya İnkişaf Bankı və Azərbaycan bir sıra istiqamətlər üzrə səmərəli danışıqlar aparacaq"
30 Sentyabr 2014 16:12
Baxış: 1 327
DİGƏR XƏBƏRLƏR
- Neftimiz BAHALAŞDI
- Neft Fondunun I rübdə gəlirləri açıqlandı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
- “Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best Use of AI in Digital Transformation) mükafatına layiq görüb
- Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
- Bu avtomobillərin qiyməti ucuzlaşacaq
XƏBƏR LENTİ
- Almaniyanın məşhur nəşri "Qarabağ"dan yazdı
- Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO
- Allergiya xəstələri çiçəkləmə mövsümündə nə etməlidir?
- FHN tərəfindən qanunsuz tikililər söküldü - FOTO
- Rusiyalı sərhədçilər Tavuşdakı postları tərk edəcək - Paşinyan
- Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
- MEDİA çağırış etdi - FOTO
- “Azərbaycanda işləyə bilmirsənsə, xaricdən əlini üzməlisən” - VİDEO - FOTO
- Əməkdar artist: “Ürəyində 4 stend var idi, onun evini...”
- “Deyirlər ki, ərə gedib çıxmadı, uşağı olmadı?” - VİDEO
- Qazaxıstanda tutulan şəxs Azərbaycana gətirildi
- ƏDV ilə bağlı yenilik
- Kəndlərimiz necə qaytarıldı? - Zəfərə aparan yol
- Cavanşir Məmmədovun ölüm səbəbi bilindi - Qızı açıqladı
- Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir
- Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
- Ən bahalı futbolçularımız – VİDEOSÜJET
- Cavanşir Məmmədovun ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
- Baş nazirdən bu binalarla bağlı qərar
- Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyasına dair konkret tapşırıqlar verildi - FOTO
- Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
- Paşinyandan ilk açıqlama
- Tovuzda 34 yaşlı qadın niyə yandırılıb? - TƏFƏRRÜAT - VİDEO
- Cavanşir Məmmədov vəfat etdi