İqtisadiyyat

Azərbaycanda sərnişin vaqonlarının sayı artırılacaq

29 Sentyabr 2014 15:27
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Azərbaycan Dəmir Yolları" QSC Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək"

Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

N.Əzməmmədov əlavə edib ki, QSC Qurban bayramı ilə əlaqədar oktyabrın 3-dən 8-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, gücləndirilmiş rejim çərçivəsində bütün daxili dəmiryol sərnişin reyslərinə əlavə vaqonlar qoşulacaq: "Hazırda əlavə qoşqu üçün nəzərdə tutulmuş vaqonların texniki baxışı və hazırlığı aparılır. Məqsəd bayram günlərində sərnişin axınını təmin etməkdir".

QSC sözçüsü vurğulayıb ki, gücləndirilmiş rejim zamanı yüklərin yükləndiyi və boşaldıldığı bütün məntəqələrdə növbətçiliklər təşkil olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.