İqtisadiyyat

Azərbaycan parlamenti Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı hökumətlə müzakirələr aparır

19 Sentyabr 2014 14:36
0 Şərh     Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rəqabət Məcəlləsinin qəbuluna ciddi ehtiyac duyulur və nəhayət, bu sənəd parlamentin müzakirələrinə çıxarılıb qəbul olunmalıdır. Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sentyabrın 19-da keçirilən ilk iclasında deputat Vahid Əhmədov deyib.

Onun fikrincə, Azərbaycanda haqsız rəqabətin, monopoliyanın qarşısının alınması, bazar münasibətlərinin normal qaydada tənzimlənməsi üçün Rəqabət Məcəlləsinin qəbulu olduca zəruri və vacibdir: "Bu məcəllə artıq 10 ilə yaxındır ki, qəbul olunub başa çatdırılmır. Hər sessiya başlananda bu barədə danışırıq, narahatlığımızı bildiririk, ancaq sonda dəyişən heç nə yoxdur. Rəqabət Məcəlləsinin qəbulu hər dəfə təxirə salınır. Belə olmaz. Hesab edirəm ki, nəhayət, Rəqabət Məcəlləsi payız sessiyasının müzakirələrinə çıxarılmalı və qəbul olunmalıdır".
 

Onun bu fikirləri həmkarı Əli Məsimli tərəfindən də dəstəklənib: "Doğrudan da, belə bir məcəllənin qəbuluna böyük ehtiyac var. Bu məcəllənin qəbulu ölkədə haqsız rəqabətin, monopoliyanın aradan qaldırılmasına öz töhfəsini verəcək. Demirəm ki, bu məcəllənin qəbulu ilə hər şey düzələcək, amma hər halda onun çox böyük və müsbət təsiri olacaq".

Komitənin sədri Ziyad Səmədzadə də Rəqabət Məcəlləsinin qəbuluna tərəfdar olduğunu deyib və hazırda bununla bağlı sənədin təşəbbüsçüsü olan İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu yöndə müzakirələr, məsləhətləşmələr aparıldığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.