İqtisadiyyat

Sahibkarlara xoş xəbər

19 Sentyabr 2014 14:28
1 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bundan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir təşkilat hər hansı bir sahibkarın, iş adamının fəaliyyətini yoxlaya bilməyəcək. Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov komitənin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili qeyd edib ki, belə bir məqam "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun qəbulundan irəli gələrək xeyli sayda qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb: "Həmin dəyişikliyə əsasən, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir qurum, heç bir təşkilat bundan sonra sahibkarları, iş adamlarını yoxlaya bilməyəcək. Yoxlama aparmaq üçün onlar mütləq Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli olacaqlar. Bu, olduqca müsbət və əhəmiyyətli addımdır".
 

Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun qəbulu ilə bağlı "Sahibkarlıq fəaliyyəti haqqında", "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" və sair qanunlara dəyişikliyin ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.