İqtisadiyyat

Bakı Gəmiqayırma Zavodu 450 milyon dollar dəyərində ilk üç sifariş aldı - FOTO

18 Sentyabr 2014 16:17
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Qaradağ rayonunda Gəmiqayırma Zavodunun tikintisinin ikinci mərhələsinin reallaşdırılmasına 180-200 milyon dollar xərclənəcək.

Trend-in məlumatına görə, bunu "Bakı Gəmiqayırma Zavodu" MMC-nin baş direktorunun müavini İmamverdi Həsənov İqtisadiyyat və Sənaye Nazirliyinin təşkil etdiyi mətbuat turunda deyib.

Onun sözlərinə görə, hazırda zavodun tikintisinə 470 milyon dollar xərclənib.

İ.Həsənov qeyd edib ki, zavod hazırda 3 sifariş alıb. Pontonların tikintisinə dair 40 milyon dollar dəyərində ilk sifariş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Caspian Drilling Company"dən daxil olub: "Pontonlar noyabrda istismara veriləcək".

İkinci iri layihə BP-nin sifarişi ilə reallaşdırılır. Həmin sifariş sualtı əməliyyatlar üçün gəmi tikintisini nəzərdə tutur. İ.Həsənov bildirib ki, uzunluğu 155 metr, eni 32 metr olan gəminin tikintisi üzrə işlərə artıq başlanılıb: "Layihənin dəyəri 378 milyon dollardır. Gəminin 2017-ci il aprelin sonuna istismara veriləcəyi gözlənilir".

Onun sözlərinə görə, üçüncü layihə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə reallaşdırılır: "Həmin layihə hər birində 80 sərnişinin daşınmasına hesablanmış 3 sərnişin paroxodunun tikintisini nəzərdə tutur".

İ.Həsənov vurğulayıb ki, bu gəmilərin tikintisi üzrə işlər gələn ayın əvvəlində başlayacaq: "Hər bir paroxodun qiyməti təqribən 8,5 milyon manatdır".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.