İqtisadiyyat

"Rusiya və Azərbaycan energetika, hərbi-texniki əməkdaşlıq və kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər"

18 Sentyabr 2014 15:24
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya və Azərbaycan energetika, hərbi-texniki əməkdaşlıq və kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər"

Trend xəbər verir ki, bu barədə bu gün İTAR-TASS-da keçirilən mətbuat konfransında RF İctimai Palatasının İctimai diplomatiyanın və xaricdəki həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov bildirib.

O deyib: "Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib. Bunların hamısı yeni əsasda iqtisadi əlaqələrin inkişafı üçün zəmin yaradır".

S.Markovun fikrincə, Xəzər dənizi şelfində neft hasilatında əməkdaşlıq üzrə birgə layihələrdə böyük perspektivlər var: "Azərbaycanla hərbi-texniki əməkdaşlığı genişləndirməyə, o cümlədən ən yeni silah sistemlərimizi satmağa hazırıq. Azərbaycan onları həm strateji tərəfdaş, həm də dost ölkə kimi alır".

S.Markov sanksiyaların tətbiqi ilə bağlı Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının böyük perspektivləri olduğunu qeyd edib. O, ümid etdiyini bildirib ki, hökumət səviyyəsində aparılan məsləhətləşmələrdən sonra Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasının xeyli artırılmasına nail ola bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.