İqtisadiyyat

Gəncədən Moskvaya uçuşlar dayandırıldı

17 Sentyabr 2014 12:11
0 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Beynəlxalq Hava Limanından Moskvaya uçuşlar təxirə salınıb

Sərnişinlərin aznews.az-a verdiyi məlumata görə, iki gündür ki, Moskvaya heç bir təyyarə reysi işləmir. Uçuşlar təxirə salındığından sərnişinlər arasında narahatlıq yaşanıb.

Onlar hava limanında gecələməli olublar.

Hava nəqliyyatında yaranan problemin səbəbləri açıqlanmadığından sərnişinlər arasında narazılıq yaranıb.

Məlumatı Azərbaycan Hava Yollarından aznews.az-a təsdiqləyiblər.

Azərbaycan Hava Yolları QSC Moskvaya uçuşlarda yaranan gecikmələrin səbəbini açıqlayıb. QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, həmin təyyarədə nasazlıq olduğundan uçuş təxirə salınıb:

"Düzdür, həmin təyyarə AZAL-a aid deyil. Ural aviaşirkətinə məxsus reysin gecikməsinin səbəbi təyyarədəki nasazlıq olub. Problem aradan qaldırılandan sonra reys bərpa olunacaq. Güman ki, bu gün sərnişinlər problem aradan qaldırılandan dərhal sonra həmin reyslə yola salınacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.