İqtisadiyyat

İndi Xalq Bankdan aldığınız kreditləri onlayn ödəyə bilərsiniz

16 Sentyabr 2014 16:15
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq Bank müştərilərin rahatlığı üçün daha bir onlayn xidmət tətbiq etdi. Artıq müştərilər Bankdan alınan kreditləri Banka gəlmədən və iş yerlərindən ayrılmadan Bankın www.xalqbank.az rəsmi internet səhifəsində ödəyə bilərlər. Bunun üçün plastik kartın və internetə qoşulmuş istənilən mobil cihazın (kompüter, planşet, mobil telefon) olması kifayətdir.
 

Krediti onlayn ödəmək üçün borcalanın şəxsiyyət vəsiqəsinin 7 rəqəmdən ibarət PİN-kodu və Bankla müştəri arasında bağlanmış kredit müqaviləsinin nömrəsini bilmək kifayətdir. Bu məlumatları Bankın saytında "Kreditin onlayn ödənişi" bölməsində xüsusi xanalara daxil etməklə növbəti səhifəyə keçid alıb kredit ödənişini onlayn həyata keçirmək olar.
 

Bankın bu və ya digər xidmətləri haqda daha ətraflı məlumat almaq üçün www.xalqbank.az rəsmi internet səhifəsinə daxil ola, yaxud da 138 qısa nömrəsilə əlaqə saxlayaraq məlumat mərkəzindən əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.