İqtisadiyyat

Qazaxıstan Azərbaycandan neft məhsulları almaq niyyətindədir - YENİLƏNİB

16 Sentyabr 2014 17:44
0 Şərh     Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:44

Qazaxıstan energetika nazirinin birinci müavini Uzakbay Karabalin deyib ki, Qazaxıstan Rusiya və Türkmənistanla da YSM alınması haqqında danışıqlar aparır.

Trend-in məlumatına görə, U.Karabalin bildirib ki, Qazaxıstan "KazMunayQaz"ın simasında təkcə Rusiya ilə deyil, həmçinin Azərbaycanın ARDNŞ, Türkmənistanın neft emalı zavodları ilə bazarda neft məhsullarının bütün kəsirini aradan qaldırmaq üçün danışıqlar aparır.

Nazir müavini qeyd edib ki, Rusiyada istehsal olunan neft məhsullarının bir hissəsi bu ildən Krıma göndərilir: "Beləliklə də, Rusiya bazarında YSM ilə bağlı gərgin vəziyyət yaranıb və bu səbəbdən də onlar əvvəllər olduğu kimi başqa ölkələrə yanacaq-sürtkü materialları ixrac edə bilmirlər".
 

Onun sözlərinə görə, Qazaxıstanın başqa qonşu ölkələrə - Azərbaycan və Türkmənistana müraciət etməsinin daha bir səbəbi isə Qazaxıstanda və Rusiyada YSM-in qiymətlərindəki fərqdir: "Neft məhsullarının qiymətlərində ciddi fərqlər mövcuddur. Son vaxtlar bizdə Aİ-92 benzin markasının 1 litrinin qiyməti 128 təngə, Rusiyada isə təxminən 160 təngə ($1 = 182 təngə) təşkil edir. Dizel yanacağının bir litrinin qiyməti bizdə 115 təngə, Rusiyada isə 170 təngədir. Bu qiymət fərqi ilə Rusiyanın belə bahalı neft məhsullarını almaq çox az şirkətlər və şəxslər üçün mümkündür".


----------
15:23

Qazaxıstanın "KazMunayQaz" milli neft-qaz şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə (ARDNŞ) yanacaq-sürtkü materiallarının alınması üzrə danışıqlar aparır.


Trend-in məlumatına görə, bunu bu gün Qazaxıstan energetika nazirinin birinci müavini Uzakbay Karabalin mətbuat konfransında deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.