İqtisadiyyat

Xəyallar Four Seasons Hotel Baku ilə birlikdə gerçəkləşir - FOTO

1 Sentyabr 2014 15:00
Baxış: 2 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Four Seasons Hotel Baku "İçərişəhər" Tarixi-Memarlıq Qoruğunun Administrasiyası ilə birgə misilsiz və tayı-bərabəri olmayan layihəni təqdim edir - əfsanəvi Qız qalasında nikah mərasimləri.
 

Nikah mərasimləri hər kəsin həyatında ən vacib, sehrli və həyəcanlandırıcı bir andır - ailə həyatına atılan ilk qədəmlər, yeni başlanğıclar və s.
 

İçərişəhərin döyünən ürəyində həyatınızın ən əhəmiyyətli addımını - gözəl milli adət-ənənələrimizə xas şəkildə üzük dəyişmə mərasimini həyata keçirə biləcəksiniz.

Four Seasons otellər şəbəkəsi göstərdiyi yüksək səviyyəli xidmətlərlə yanaşı, yerləşdiyi ölkələrin mədəniyyəti, ənənələri və dünya xalqlarının tarixi mirasına böyük hörmət və ehtiramla yanaşaraq, gözəl və tarixi adət-ənənələri daim yaşatmağa çalışır.
 

Bu layihənin əsas məqsədi, tarixi məkanda nikah mərasiminin keçirilməsi: əcdadlarımızın mirasına bağlılıq və milli-mədəni dəyərlərin və adət-ənənələrin qorunub saxlanılmasıdır.
 

Qız qalasında nikah mərasimlərinin keçirilməsi, nəsildən-nəslə ötürülən, Azərbaycan xalqının zəngin mədəniyyətini özündə daşıyan tarixi abidənin dəyərini vurğulamaq imkanı da yaradacaq.
 

Nikah mərasimi toy adət-ənənəsinin gözəl xatirələrlə dolu vacib bir hissəsidir. Mərasimin sonuna yaxın yenicə nikaha daxil olan cütlüklər Four Seasons Hotel Baku mehmanxanasının cazibədar ziyafət zallarının birində bu əlamətdar günü qeyd etmək imkanı əldə edəcəklər.
 

Yüksək səviyyəli xidmət və xüsusi diqqət Four Seasons Hotel Baku-nun təkrarolunmaz bir xüsusiyyətidir.
 

Gözəl gününüzün təşkilini bizə həvalə edin və mükəmməl təşkil olunmuş nikah mərasiminizdən həzz alın.
 

Əfsanəvi Qız qalasında özünüzə və sevdiyinizə ömür boyu yaddaşlara həkk olunacaq nikah mərasimi hədiyyə edin.
 

Xəyallar Four Seasons Hotel Baku ilə birlikdə gerçəkləşir!
 

Daha ətraflı məlumat üçün: +99412 404 24 24 və ya Reservations.Baku@fourseasons.com
 

Layihənin heşteqi #MaidenTowerBaku
 

Göstərilən dəstəyə görə xüsusi minnətdarlıq:
 

Beat Group
 

Rosa Clara - İspaniyanın məşhur toy və ziyafət libasları brendi
 

Scabal - lüks kişi geyimləri
 

Beauttech by Elnara Nahmedova
 

SS Production reklam agentliyi
 

Art Scarves by Menzer Hajiyeva
 

Venera Model &Cast Management

Böyütmək üçün şəkillərə klikləyin.



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.