İqtisadiyyat

Cibində telefon, telefonda Bank. Xalq Bankın Mobil Bank xidməti

1 Sentyabr 2014 14:00
Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq Bank, müştərilərə Mobil Bank xidmətinin üstünlüklərindən faydalanmağı təklif edir. Mobil Bank xidməti mobil telefon vasitəsilə günün istənilən vaxtında, 24/7 rejimində kart hesabı üzrə müxtəlif əməliyyatlar aparmaq və ödənişlər etmək imkanı verir. Bu xidmət vasitəsilə müştərilər kommunal ödənişlər edə, mobil operatorların, internet provayderlərin xidmətlərini ödəyə, kartdan-karta pul köçürə (Card-to-Card), kart itərsə və ya oğurlanarsa, onu bloklaşdıra, hesabdan çıxarışlar və balans haqqında məlumat ala bilərlər. Sistemin imkanları daim yenilənir və artırılır.
 

Mobil Bank xidmətinə ölkənin hər üç mobil operator nömrəsi ilə Banka müraciət etmədən qoşulmaq mümkündür. Bunun üçün sadəcə olaraq Xalq Bankın bankomatından üzərində şifrələr göstərilən çeki almaq və Bankın saytında sistemdə işləmək üçün lazım olan proqram təminatını telefona yükləmək kifayətdir.
 

Xatırladaq ki, Mobil Bank tam güvənli və təhlükəsizdir, sistemdə aparılan bütün əməliyyatlar, ötürülən məlumatlar şifrələnir və birdəfəlik parollarla qorunur.
 

Xalq Bank kart müştəriləri üçün Mobil Bank-dan əlavə, İnternet Bank, SMS-Məlumatlandırma, Cash-by-code, Cash to any card və bu kimi müştərilərin rahatlığını, kart üzrə tranzaksiyaların operativliyini və asanlığını təmin edən digər xidmətlərdən də istifadə etmək imkanı yaratmışdır.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.