İqtisadiyyat

Azərbaycanda 12 heyvanı virus tələf elədi

29 Avqust 2014 14:42
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İribuynuzlu mal-qara arasında "Nodulyar dermatit" virus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə aparılan tədbirlər nəticəsində son günlər yoluxma halları qeydə alınmayıb. Bunu cümə günü Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

İki ay əvvəl iribuynuzlu mal-qara arasında yayılmış virus Azərbaycanın artıq 10 rayonunda qeydə alınıb.

Onun sözlərinə görə, hazırda 308 heyvan müalicə altındadır, virusa yoluxmuş 1302 baş iribuynuzlu mal-qara isə uğurla müalicə olunub:

"Son məlumata görə, 12 heyvan (əvvəl 11 olub) tələf olub. Xəstəliyin yayılmasının qarşısının alınması və dezinfeksiya üzrə tədbirlər davam edir. Bu məqsədlə ətraf rayonlardan dezinfeksiya və dezinseksiya tədbirləri üçün əlavə avadanlıq cəlb edilir. Kənd Təsərrüfatı Nazirliyi rayon baytarlıq idarələrini ilkin baytarlıq yardımı göstərmək üçün bütün zəruri şeylərlə təchiz edir. Virus əleyhinə vaksinlərin yoxluğuna baxmayaraq, mütəxəssislər simptomatik müalicə yolu ilə xəstəliyin yayılmasının qarşısını ala biliblər".

Y. Xanvəli iribuynuzlu mal-qaranın satış üçün yerli bazarlara çıxarılmasının dayandırılması barədə vəziyyəti də şərh edib: "Mal-qaranın bazarlara çıxarılması xəstəlik tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək. Bu halda bazarlar öz fəaliyyətlərini davam etdirə biləcəklər".

Qeyd edək ki, xəstəlik ilk dəfə təqribən 2 ay əvvəl Ağdaş, Biləsuvar, Cəlilabad və Ucar rayonlarında aşkarlanıb. Daha əvvəl isə virus Türkiyə və İranda qeydə alınıb.

"Nodulyar dermatit" xəstəliyi qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.