İqtisadiyyat

Azərbaycan iki yeni "Boeing" təyyarəsi aldı

29 Avqust 2014 11:40
Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "Silk Way Airlines" şirkəti "Boeing 747-8" markalı iki yeni yük təyyarəsi alıb

Trend-in məlumatına görə, bu barədə "Boeing" şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Bildirilir ki, təyyarələrdən biri Azərbaycanın aviasiya şirkətinə ötən həftə, digəri isə avqustun 28-də çatdırılıb.

Müasir "Boeing 747-8" təyyarələri "Boeing-747-400" təyyarələrində 16 faiz daha tutumludur. İndiyədək müxtəlif aviaşirkətlərə "Boeing 747-849" markalı 49 yük təyyarəsi satılıb.

Azərbaycanın "Silk Way Airlines" aviaşirkətinin mənzil-qərargahı Bakıda yerləşir. Aviaşirkət 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reyslərinin həyata keçirilməsi üzrə liderdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.