İqtisadiyyat

Xaçmazlıların da Unibank-ı var

20 Avqust 2014 11:16
Baxış: 3 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Unibank daha bir filialını Xaçmazda açdı. Xaçmaz şəhərinin mərkəzində, mərkəzi poçtun yaxınlığında, Nəriman Nərimanov küçəsi, 19A ünvanında yerləşən yeni filial Xaçmaz və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Filial pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə baş ofis də daxil olmaqla, Unibank-ın filial şəbəkəsi 37-yə çatıb. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları şənbə günləri də tam iş qrafikində fəaliyyət göstərir. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank - hər kəsin bankı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.