İqtisadiyyat

Azərbaycanda saxta pivə istehsalçısı barəsində iş qaldırıldı

1 Avqust 2014 20:24
2 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 32B ünvanında fəaliyyət göstərən "Kristal CF" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı pivə qablarının ön tərəfində məlumatların istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi, həmçinin məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar edilib.
 

Bundan başqa, müəssisədə pivənin Çexiya istehsalı olan açıq rəngli arpa səmənisindən istehsal edilmədiyi halda, etiketində məhsulun bu arpadan istehsal edildiyi barədə istehlakçılara yanlış məlumatların verildiyi müəyyənləşdirilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Kristal CF" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.