İqtisadiyyat

Hesablama Palatası ilin I yarısında 50-yə yaxın nəzarət tədbiri həyata keçirib

1 Avqust 2014 15:55
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cari ilin ilk 6 ayı ərzində Hesablama Palatası tərəfindən, iş planına uyğun olaraq, 48 nəzarət tədbirinin başlanması, bundan 27-nin nəticələri üzrə qərar qəbul olunub.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının 2014-cü ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı məlumatında deyilir.

Həyata keçirilməsi qərara alınmış tədbirlərin 4-ü dövlət büdcəsinin gəlirlərini, qalan 43-ü dövlət büdcəsinin, biri Dövlət Sosial Müdafiə Fondunun xərclərini əhatə edib. Hesabat dövrü ərazində dövlət büdcəsinin xərclərini əhatə edən audit tədbirləri ilə yanaşı, bir ekspert-analitik təhlil də başa çatdırılıb.

Qərar qəbul edilmiş nəzarət tədbirlərinin əhatə etdiyi ümumi məbləğin 10,1%-ni sosial xərclər, 61,8%-ni əsaslı vəsait qoyuluşları təşkil edib. Audit olunan vəsaitin 80,8%-ni mərkəzləşdirilmiş xərclər, 19,2%-ni yerli xərclər əhatə edib.

Nəticələri barədə qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə Hesablama Palatası tərəfindən müvafiq qurumlara 36 təqdimat göndərilib.

Bəzi nəzarət tədbirlərinin nəticələrinin hesabat dövrünün sonunda müzakirə olunduğunu nəzərə alsaq, 23 tədbir üzrə Kollegiya qərarının icrası ilə bağlı Palataya təqdim edilmiş məlumatlara əsasən 2014-cü ilin ilk 6 ayı üçün, ümumilikdə 1479,8 min manat məbləğində vəsaitin bərpası, yerinə yetirilməmiş iş və xidmətlər üzrə 108,8 min manat məbləğində işlərin və xidmətlərin görülməsi, 1128,7 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsi təmin edilib, 270,5 ştat vahidi azaldılıb.

Audit tədbirlərinin nəticələrinə əsasən, ötən hesabatlarda qeyd olunmuş nöqsanlarla yanaşı, əməkhaqqı ödənişlərinin, inzibati xarakterli xərclərin (ezamiyyə, yanacaq və s.) və görülmüş iş və xidmətlərin hesablanması zamanı artıq ödəmələrə yol verilməsi, büdcə təşkilatları tərəfindən dövlət satınalmalarında hesabatlılığın təmin edilməməsi, malların (iş və xidmətlərin) alışı zamanı rəqabətsiz satınalma metodlarına üstünlük verilməsi, vəsaitlərdən səmərəli və nəticəli istifadə edilməməsi hallarına da rast gəlinib.

Cari ilin 6 ayı ərzində həyata keçirilmiş audit tədbirləri nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 113 nəfər məsul şəxs barəsində aidiyyəti orqanlar tərəfindən müxtəlif intizam tənbehi tədbirlərinin görülməsinə də nail olub.

Palata, kənar maliyyə nəzarəti orqanı kimi, antikorrupsiya fəaliyyətini davam etdirib. Belə ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində 2 nəzarət tədbiri üzrə büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əməkhaqqı ödənişi, texniki və məişət avadanlıqlarının təmiri zamanı artıq büdcə vəsaitinin sərf olunması, əsaslı təmir işlərinin yerinə yetirilməsi zamanı iş həcmlərinin süni surətdə artırılması və bu kimi digər maliyyə pozuntularının müəyyən edildiyi nəzərə alınaraq, yoxlama materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.