İqtisadiyyat

Albalı Plus Kuboku uğrunda çempionat yekunlaşır

1 Avqust 2014 14:54
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Unibank-ın  ALBALI PLUS  Kuboku uğrunda  Futbol Çempionatı başa çatmaqdadır. Bu günlərdə Kubokun sahibləri məlum olacaq. Bank əməkdaşlarının və bankın 10-dan artıq partnyor komandalarının qatıldığı həyəcan dolu oyunlarda 30-dan çox komanda ALBALI PLUS Kuboku uğrunda  gərgin mübarizə apardı. Avqustun 3-də Abu-Arena İdman Kompleksində keçirilən  final oyunlarında qalib komandalar müəyyənləşəcək. Partnyor şirkətlərin və müştərilərin də qatılacağı kubok qaliblərinin təntənəli mükafatlandırılması mərasiminin iştirakçılarını  sürprizlər gözləyir.

Qeyd edək ki, ALBALI PLUS Kuboku uğrunda  Futbol Çempionatında 10-dan artıq şirkətin komandası iştirak edib: Mərkəzi Bank, Milli kart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market,  İntegral, World Telecom,  BOA, ABC Telecom (Kontakt) və  Flexi Kredit.  Çempionat olimpiya sistemi, yəni uduzan çıxdı qaydası ilə keçirilib. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunur. Qalib gələn komandaları  kubok  və  medallarla yanaşı, pul mükafatı gözləyir.  Çempionatın ən çox qol vurmuş oyunçusuna və ən yaxşı qapıçısına da xüsusi hədiyyə təqdim olunacaq.

Hər birinizi 3 avqust saat 19.00-da başlayacaq həyəcan dolu final oyunlarını izləməyə və qalib komandaların  möhtəşəm mükafatlandırma mərasiminə dəvət edirik.

Unibank - hər kəsin bankı!
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.