İqtisadiyyat

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri AAC müasir tikinti materialları zavodunda (gobustone markasının istehsalçısı) 10 günlük istehsalat təcrübəsi proqramını başa vurdular

1 Avqust 2014 12:15
Baxış: 6 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

24 iyul 2014-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbələri AAC müasir tikinti materialları zavodunda (gobustone markasının istehsalçısı) 10 günlük istehsalat təcrübəsi proqramını başa vurdular.
 

14 iyulda başlamış təcrübə zamanı tələbələr zavodun müxtəlif istehsalat şöbələrində olublar və AAC mütəxəssislərindən ixtisaslarına dair dəyərli biliklər əldə ediblər. Təcrübəyə İstehsalat departamentinin plan və hesabatlar üzrə müavini Nail Abasov rəhbərlik etmişdir. Təcrübə zamanı tələbələr zavodun kəsmə, qablaşdırma, dozinq və qarışdırma, avtoklav və digər şöbələrinin işi ilə yaxından tanış olublar. Tələbələr xammalın zavoda daxil olmasından yekun məhsulun hazırlanmasına qədər davam edən istehsalat prosesinin hər mərhələsində yaxından iştirak etmiş və öyrəndikləri nəzəri biliklərin praktikada tətbiqini görmə fürsəti əldə etmişlər.
 

Təcrübə proqramının sonunda tələbələr və onları müşayiət edən müəllimləri öz təşəkkürlərini bildirdilər. gobustone hörgü bloklarının istehsalı ilə bağlı əldə etdikləri biliklərin çox faydalı olduğunu qeyd etdilər.
 

Qeyd etmək istərdik ki, Synergy Group-a daxil olan AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Alman texnologiyaları ilə istehsal olunan gobustone hörgü blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlılığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.
 

Yekunda Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə AAC müasir tikinti materialları zavodu arasında bu tip istehsalat təcrübələrinin davam etdirilməsi istiqamətində yeni əməkdaşlıq müqaviləsi imzalanmış və növbəti illərdə də istedadlı tələbələrin biliklərini təcrübədə tətbiq etmək imkanının yaradılması üçün razılıq əldə olunmuşdur.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.