İqtisadiyyat

Azərbaycan Gürcüstanda dəmiryolu tikintisinə 489 milyon dollar ayırıb

28 İyul 2014 12:38
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 489 milyon dollar (2014-cü il iyunun 30-na) ayrılıb. Bu barədə Trend ARDNF-yə istinadən məlumat verir.

Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə "Marabda-Kartsaxi Dəmiryolu" MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.

Məlumata görə, 2014-cü ilin I yarısında layihənin reallaşdırılmasına Fond tərəfindən 24,9 milyon dollar ayrılıb.

Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.